azia.az
azia.az

Lövün "Fənərbağça"dakı köməkçiləri bəlli oldu

23-02-2022, 20:01

Lövün "Fənərbağça"dakı köməkçiləri bəlli oldu
Türkiyənin "Fənərbağça" klubu baş məşqçi postuna təcrübəli almaniyalı mütəxəssis Yoahim Lövü gətirməyə hazırlaşır.

Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, 62 yaşlı çalışdırıcı ilə artıq razılıq əldə olunub. Onun may ayında Türkiyəyə gələcəyi gözlənilir.

Artıq Lövün köməkçilərindən biri bəllidir. Bu, Vitor Pereyranın gedişindən sonra "sarı-lacivərtlilər"i çalışdıran İsmail Kartaldır. Almaniyalı mütəxəssis İstanbul təmsilçisində onunla çalışmaqda maraqlıdır. Löv digər iki yardımçısını isə özüylə gətirəcək.

Qeyd edək ki, Yoahim Löv 2006-cı illdən bəri çalışdırdığı Almaniya millisiylə ötən il yollarını ayırıb. O, hazırda işsizdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi