azia.az
azia.az

Benzema UEFA tərəfindən ilin futbolçusu seçiləcək

25-08-2022, 00:24


Yayılan qeyri-rəsmi məlumatlara görə, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) texniki müşahidəçiləri Madrid “Real”ının hücumçusu Kərim Benzemanı 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçiblər.
Benzema UEFA tərəfindən ilin futbolçusu seçiləcək
Ən yaxşı oyunçunun rəsmi açıqlanacağı təntənəli mərasim avqustun 25-i cümə axşamı günü keçiriləcək.
İlk üçlüyə 34 yaşlı fransalıdan başqa, Kral klubunun qapıçısı Tibo Kurtua və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne də düşüb.

Qeyd edək ki, “Real” ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Benzema turnirdə 12 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib. O, turnirin bombardiri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi