"Real Madrid" inanılmazı etdi: 1 dəqiqəyə iki qol, finala vəsiqə - VİDEO
UEFA Çempionlar Liqasının növbəti finalçısı məlum olub.![]()
Xəbər verilir ki, yarımfinal mərhələsində İspaniyada baş tutan cavab oyununda İngiltərənin "Mançester Siti" klubu qarşısında hesabda geri düşən Kral klubu rəqibini məğlub etməyi bacarıb. Qonaqları 3:1 hesabı ilə məğlub edən "Real Madrid" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Hesabı 73-cü dəqiqədə "şəhərlilər"in futbolçusu Riyad Mahrez açıb. Qarşılaşmanın son dəqiqələrində Rodriqonun vurduğu qollarla madridlilər ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə bu mövsümün diqqət mərkəzində olan Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib.
Qalan dəqiqələrdə isə hesab dəyişilməz olub.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1 (ilk oyun 3:4)
Qollar: Rodriqo - 90; 90+1, Riyad Mahrez - 73, Benzema - 95.
Baş hakim: Daniele Orsato (İtaliya)