azia.az
azia.az

"Viktoriya" ilə oyundan öncə "Qarabağ"dan sevindirici xəbər

22-08-2022, 09:02

"Viktoriya" ilə oyundan öncə "Qarabağ"dan sevindirici xəbər
Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Viktoriya” (Plzen) ilə qarşılaşacaq “Qarabağ”da işlər qaydasına düşməyə başlayıb. Ucnoqta.az bombardir.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi xoş xəbərlə sevinib. Belə ki, zədəli olan “Qarabağ”ın kapitanı Maksim Medvedevin durumu yaxşılaşıb. Müdafiəçi kollektivlə ümumi məşqlərə də başlayıb. Ağdam təmsilçisinin təcrübəli üzvü Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” (Plzen) ilə cavab oyunu üçün komanda ilə birlikdə Çexiyaya yollanacaq. Ancaq Medvedevin sözügedən matçda oynayıb-oynamayacağı hələlik bəlli deyil. Buna görüşə saatlar qalmış məşqçilər korpusu qərar verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi