Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...
"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldu "Qızıl top"a namizəd olub. Xəbər verilir ki, bu barədə "L'Equipe" məlumat yayıb. 37 yaşlı forvard ardıcıl 18-ci dəfədir ki, namizəddir.
Ronaldo ilk dəfə 2005-ci ildə bu nüfuzlu mükafata namizədlər sırasında olub. Daha sonra mükafat braziliyalı Ronaldinyoya verilib.
Ümumilikdə, Kərim Benzema, Mohamed Salah, Kilian Mbappe və başqaları da daxil olmaqla, mükafat uğrunda 30 iddiaçı mübarizə aparacaq. 2005-ci ildən bəri ilk dəfə argentinalı hücumçu Lionel Messi iddialılar sırasında yer almayıb.
Ronaldo bu mükafatın beşqat qalibidir. O, yeddi “Qızıl top”u olan Messidən geri qalır.
Ronaldo ötən mövsüm "Mançester Yunayted"in heyətində 38 matçda 24 qol vurub.