Ronaldo və Messi bu kluba keçir
Hazırda dünya futbolunun iki ən güclü oyunçusu sayılan Kriştiano Ronaldo və Lionel Messi karyerasını ABŞ klubunda davam etdirə bilər.
Xəbər verilir ki, hər iki hücumçu Devid Bekhemin sahibi olduğu "İnter" (Mayami) komandasına keçə bilər. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, ulduz futbolçular karyeralarının qalan hissəsini MLS təmsilçisində keçirmək niyyətindədir. Onlarla danışıqların aparıldığı bildirilir.
Qeyd edək ki, Ronaldo ötən ildən "Mançester Yunayted"də çıxış edir. Messi isə həmin ildən bəri Fransa PSJ-sinin şərəfini qoruyur. Offsideplus.az