azia.az
azia.az

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

28-07-2022, 08:56

FIFA prezidenti "Qarabağ"ı təbrik edib
FIFA prezidenti Canni İnfantino "Qarabağ"ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Məlumatına görə, bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Funksioner İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə başa çatan II təsnifat mərhələsinin cavab oyunundan sonra Ağdam təmsilçisinin idarə heyətininin üzvü Fevzihan Arasa qələbə və mübariz oyun münasibəti ilə təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Ağdam təmsilçisinin III raunddakı rəqibi Macarıstan "Ferentsvaroş"u olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi