azia.az
azia.az

“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm”

27-07-2022, 19:21

“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

Xəbər verilir ki, Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri Qurbanova rus dilində sual verib və qeyd edib ki, rus dilində danışa bildiyini eşidib.

Baş məşqçi isə cavabında "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm" deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Qeyd edək ki, sabah keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi