azia.az
azia.az

Çempionlar Liqasında kim neçə komanda ilə təmsil olunacaq?

23-03-2017, 10:28

Çempionlar Liqasında kim neçə komanda ilə təmsil olunacaq?


UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb.


azia.az-ın Apasport.az-a istinadən məlumatına görə, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib.

Belə ki, İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.

Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə qrupa qədər iki təsnifat mərhələsində oynayacaq.

İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və seçmə mərhələlərdə 1 komanda ilə mübarizə aparacaqlar.

11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.

Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır ki, təmsilçilərimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi