azia.az
azia.az

Azərbaycanlı karateçiyə uduzan italiyalı: “Mən sizə medal yox, sevgimi gətirirəm” FOTO VİDEO

31-05-2022, 07:58

Azərbaycanlı karateçiyə uduzan italiyalı: “Mən sizə medal yox, sevgimi gətirirəm” FOTO VİDEO
“Bu təcrübə də bitdi”.

Oxu.Az-ın xəbərinə görə, bunu italiyalı karateçi Veronika Brunori deyib.

Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının bürünc medal döyüşündə azərbaycanlı Mədinə Sadıqovaya uduzan italiyalı karateçi maraqlı fikirlər səsləndirib:

“Qızdırmadan və Avropa çempionatında çıxış etdikdən sonra evə medalsız qayıdıram. Ancaq özümlə aparacağım çoxlu dərs baqajı var. Acı olsa da, evə beşinci olaraq gedirəm.

Şübhəsiz ki, medal qazanmaq yaxşı olardı. Ancaq təəssüflənmədən, növbəti yarışdakı nəticəni hədəfləməliyik.

Sizə böyük medalı gətirməyi çox istərdim. Ancaq indi mən sizə öz sevgimi gətirirəm.

Bilirsiniz, burada yarışmaq çətin idi. Amma mən buradan çox şey öyrəndim və bilirəm ki, siz də məhz bunu istəyirdiniz. Növbəti dəfə medal qazanmaq ümidilə...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi