Şəhriyar Məmmədyarov qalib gəldi

Şəhriyar Məmmədyarov qalib gəldi
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 12-ci turunun oyunları keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Vidit Santoş ilə mübarizə aparıb. Qara fiqurlarla oynayan şahmatçımız rəqibini 38-ci gedişdə məğlub edib. Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə şahmatçımızla eyni xal toplayan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (əlavə göstəricilərə görə) başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.
 Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
