azia.az
azia.az

“Eurovision-2016”nın finalçıları bəlli oldu

13-05-2016, 12:29

 “Eurovision-2016”nın finalçıları bəlli oldu Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb. İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb.
"Azərbaycan təmsilçisi finalın birinci hissəsində çıxış edəcək"
Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış ediblər.
Çıxışlardan sonra keçirilən 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb.
Bununla da mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır.
Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirib.
Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunur. Finalda ümumən 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələrindən Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi