Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi
UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
![]()
Yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Vilyarreal” klubu doğma divarlar önündə İngiltərənin “Liverpul” klubunu qəbul edib.
"Estadio de la Keramika" stadionundakı qarşılaşmada ilk qol oyunun erkən dəqiqələrində vurulub.
Matçın 3-cü dəqiqəsində Bulaye Dia “sarı sualtı qayıq”lıları hesabda önə çıxarıb.
Bundan sonra hücumlarını artıran İspaniya təmsilçisi Frensis Koklin ilə “mersisayd” təmsilçisini ikinci dəfə meydanın mərkəzinə dəvət edib.
Birinci hissə 2:0 “Vilyarreal”ın qələbəsi ilə başa çatıb.
İkinci hissədə üstün tərəf “Liverpul” olub.
Bunun məntiqi nəticəsi kimi 62-ci dəqiqədə misirli Salahın ötürməsini brazilyalı Fabinyo qola çevirib.
Bundan sonra daha istəkli oynamağa başlayan İngiltərə təmsilçisi Luis Diazla hesabı bərabərləşdirib - 2:2.
Birinci hissəni məğlub başa vuran Yurgen Kloppun komandası 74-cü dəqiqədə hesabda önə çıxıb.
Qırmızıların 10 nömrəli futbolçusu Mane hesabı 3:2 edib.
Qeyd edək ki, ilk oyun iki həftə öncə İngiltərədə 2:0 hesabı ilə Liverpulun xeyrinə başa çatmışdır.
Xatırladaq ki, digər yarımfinal matçı bu gün "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.