Tanınmış mütəxəssis Mahir Emrelinin baş məşqçisi oldu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo"nun ( Zaqreb ) yeni baş məşqçisi məlum olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta 69 yaşlı Ante Çaçiç gətirilib. Onunla mövsümün sonunadək sözləşmə imzalanıb.
O, bu vəzifədə istefa verən Jelko Kopiçi əvəzləyib.
Qeyd edək ki, Çaçiç 2015/2017-ci illər aralığında Xorvatiya millisini çalışdırıb.