azia.az
azia.az

Teymur Rəcəbovdan Rusiya Şahmat Federasiyasının üzvlük qərarına ŞƏRH

15-04-2022, 07:38



Teymur Rəcəbovdan Rusiya Şahmat Federasiyasının üzvlük qərarına ŞƏRH
Teymur Rəcəbovdan Rusiya Şahmat Federasiyasının üzvlük qərarına ŞƏRH
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Rusiya Şahmat Federasiyasının Asiya Şahmat Federasiyasına üzv olmaq qərarını şərh edib.

Azia.az "Report"a istinadən xəbər verir ki, o, "Championat" nəşrinə açıqlamasında bunu maraqlı addım adlandırıb.

35 yaşlı şahmatçı bu qərarın hansı məqsədi daşıdığını başa düşmədiyini söyləyib: "Amma qərar qəbul edilibsə, deməli, onun içində nəsə var. Hər kəsə uğurlar arzulayıram. Ən əsası odur ki, hər şey hamı üçün yaxşı olsun".

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bu ilin fevralında Rusiya və Belarus milli komandalarını öz bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırıb. İki ölkə təmsilçiləri fərdi turnirlərdə isə FIDE bayrağı altında çıxış edə bilərlər. Həmçinin 26 iyul - 8 avqustda keçirilməsi planlaşdırılan Şahmat Olimpiadasına ev sahibliyi Rusiyadan alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi