azia.az
azia.az

"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva

27-03-2022, 07:50

"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva

Aziz.az offsideplus.az-a istinadən Azərbaycan millisinin və Türkiyənin "Qaradəniz Ereyli Bələdiyəspor" klubunun qapıçısı Nərgiz Əliyeva ilə müsahibəni təqdim edir.

- Futbolla nə vaxtdan məşğul olmağa başlamısız?

- 2013-cü ildə başlamışam futbolla məşğul olmağa.

- İlk klubunuz hansı olub?

- İlk dəfə "Mingəçevir"in heyətində çıxış etmişəm.

- Neçə il bu komandada çıxış etmisiz?

- 3 il oynamışam.

- Ailənizdə, qohumlarda sizin futbolla məşğul olmağınıza qarşı çıxan olub?

- Xeyr! Bu barədə hansısa çətinlikə rastlaşmamışam.

- Bu yolda ən çox dəstəyi kimdən almısız?

- Heç bir dəstəy olmayıb.

- Nə vaxtdan legioner yaşayırsız?

- 2021-ci ilin yayından Türkiyədə çıxış edirəm.

- Ailənizdən uzaq olmaq sizə problem olmur ki? Darıxmırsız?

- Düzünü desəm, ailəmdən ötrü çox darıxıram. İlk dəfədir ki, bu qədər evdən uzağ oluram.

- Futbolla məşğul olmağınız təhsil almağınıza problem yaratmayıb?

- Orta məktəbi bitirmişəm.Ali təhsil ala bilmədim.

- Futbol sevgi münasibətlərinizə çətinlik yaratmır?

- Sevgilim olmadığına görə bu barədə çətinlik çəkmirəm.

- Kişi futbolçulardan hansı sizə daha çox cəlbedici gəlir?

-Yerlilərdən Emin Mahmudov, xaricilərdən Kriştiano Ronaldonu daha çox bəyənirəm.

- Məsələn, məşhur futbolçulardan evlilik təklifi alsanız, qəbul edərsiz?

- Yaxşı insan olsa və görnüşü xoşuma gəlsə qəbul edərəm.

- Ad çəkə bilərsiz?

- Kriştiano Ronaldo ilə evlənmək istəyərəm. Onunla hamı ailə həyatı qurmaq istəyər ( gülür ).

- Ailə quracağınız şəxs sizə futbolla məşğul olmağı qadağan etsə, nə edərsiz?

- Mən karyeramı bitirdikdən sonra ailə həyatı qurmaq istəyirəm.

- Fikrinizdə hansısa yaşda futbolu buraxacağınızı düşünmüsüz?

- Bəli, indiki yaşımda.

- Səbəb?

- Çünki çox yorulmuşam. Həm millidə, həm də klubda məşqlər ağır olur. Fiziki və psixoloji cəhətdən çətinlik çəkirəm. Bir ay idmandan uzaq olmaq istəyirəm.

- Sizcə, Azərbaycanda futbolçu bəylər daha çox çalışqandır, yoxsa xanımlar?

- Fikrimcə, bəylər. Çünki onlar daha çox maaş alır.

- Düşünürsüz ki, yaxşı pul aldıqlarına görə daha çox çalışırlar?

- Qızlar da o qədər maaş alsa, daha çalışqan olar.

- Kumiriniz olan futbolçu var?

- "Barselona"nın qapıçısı Mark-Andre Terstegen.

- Futbol sizin üçün işdir, yoxsa yaşam tərzi?

- İş.

- Futbolçu olmasaydınız hansı peşəni seçərdiz?

- Bu haqda düşünməmişəm. Yəqin ki, bir iş tapıb işləyərdim.

- Futboldan başqa hansı idman sahələrinə marağınız var?

- Stolüstü tennislə məşğul olmağı sevirəm.

- Karyeranız ərzində unuda bilmədiyiniz ən yaxşı oyunun hansı olub?

- Millinin heyətində İspaniya və İslandiyaya qarşı oyunlar qeyd edərdim. Çox yaxşı çıxış etmişdim.

- Ən pis oyununuz?

- Rusiya millisinə 0:7 uduzmağımız. Həm də hava çox soyuq idi.

- Fubolda başınıza gələn ən maraqlı hadisə hansı olub?

- Maraqlı hadisə olmayıb.

- Karyeranız ərzində peşman olduğunuz hadisə olub?

- Xeyr!

- Qadın futbolumuzun hazırkı durumunu ürəkaçan demək olar?

- Şükür, indi daha yaxşıdır. Millinin oyunlarından da bunu görmək olar.

- Millidə və çıxış etdiyiniz komandada qızlar arasında özünüzə qarşı qısqanclıq hiss etmisiz?

- Bəli, çox olub.

- Ad çəkə bilərsiz?

- Yaxşı çıxmaz ( gülür ).

- Futbolçu olmaq istəyən qızlara nə məsləhət görərdiz?

- Həqiqətən də həvəsləri varsa, sona kimi getsinlər.


Məqaləyə dair fotomateriallar:
"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva
"Ronaldo ilə ailə həyatı qurmaq istəyərəm" - Nərgiz Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi