azia.az
azia.az

“Çölə çıxın, xəstə babanı sakitləşdirin” - Rauf Məmmədov

1-03-2022, 19:31

“Çölə çıxın, xəstə babanı sakitləşdirin” - Rauf Məmmədov
Azərbaycan şahmatçısı, qrossmeyster, üç qat Azərbaycan Şahmat Çempionatının qalibi Rauf Məmmədov rusiyalı həmkarı Sergey Karyakini Ukraynaya mövqeyinə görə qınayıb.

Bu barədə feysbuk hesabında yazıb.

“Səninlə 24 ildir tanışıq və həmişə yaxşı münasibətlərimiz olub. Amma indi çox təəssüf ki, təlxəklik edib öz slavyan qardaşlarınızın ölümünü dəstəkləyirsən. Neçə gündür həmkarlarımız bomba sığınacaqlarında olarkən sən təhqiredici yazılar yazırsan. Bir çox şahmatçılar, yoldaşlarım evsiz qalıb. İndi sənə yazığım gəlir. Eləcə də ruslara müraciət etmək istəyirəm. Bilirəm ki, aramızda adekvat olanlar çoxdur və bu soyqırımı və terrorizmi dayandıra bilərlər. Çölə çıxın, xəstə babanı sakitləşdirin. Eşq olsun Ukraynaya!”

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi