Dünən "Təzadlar" Şəmkirli iş adamı Elbrus Məmmədovun keçmiş şərikini ölümcül döydürməsi barədə məlumat vermişdik...
Belə ki, DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini, iş adamı, eyni zamanda Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Olimpus” MTK-nın sahiblərindən biri, əslən Şəmkir rayonunun Şiştəpə kəndindən olan Elbrus Qədir oğlu Məmmədov həbs edilib. "Təzadlar"ın əməkdaşı iş adamının həbsinə səbəb olmuş və vaxtilə şəriki olmuş Rauf Məmmədovdan ölümünə döydürülməsinə aydınlıq gətirmək üçün onunla telefon əlaqəsi yaratmışdır... Dünən Rauf Məmmədov istintaq sirri olmasını nəzərə alaraq bəzi məqamların ictimailəşməsini istəməsə də, o, döyülməsinin və ölümlə hədələnməsinin səbəbini bildirdi... Məlum olur ki, Elbrus Məmmədov keçmiş şərikini Bakıda tikilən zavodun ərazisini ələ keçirmək üçün şərikini aradan götürmək istəyib Beləliklə, Elbrus Məmmədov Bakı aeroportunda Bakıya gələrkən həbs olunub.
10 gün əvvəl isə Bakının mərkəzi küçələrindən birində E.Məmmədovun adamları Rauf Məmmədovu vəhşicəsinə döyüb başına küt alətlə zərbələr endiriblər. Onun başının dərisi parça-parça olub, yara yerinə tikiş qoyulub, həkimlər onu ölümdən qurtarıblar, hətta Rauf Məmmədov əməkdaşımıza müsahibəsində bildirib ki, onu bir neçə gün girov da saxlayıblar...
***
Elbrus Məmmədovun şəriklərindən biri olmuş Ruslan Abbasov isə musavat.com-a deyib ki, Rauf Məmmədov ölümcül döyüləndən sonra ona da “öldürüləcəksən” mesajı göndərilib. “Mənə də xəbər göndərib ki, Rauf Məmmədovla haqq-hesabımızı çürütdük, səninlə də haqq-hesab çəkəcəyik. Bu il fevralın 11-də Elbrus Məmmədov şəriki Mahir Qarayevə məni də döydürüb. Hadisə Həsən Əliyev küçəsi 111-də baş verib və həmin hadisənin videosu da məndə var, polisə təqdim etmişəm. Redaksiyanıza da təqdim edirəm. Mənim Elbrus Məmmədovdan 100 min dollar alacağım var. Şikayətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsində Mahir Qarayevin barəsində cinayət işi başlanıb. Tələb edirəm ki, mənim döyülməm faktı üzrə də Elbrus Məmmədovu cinayət məsuliyyətinə cəlb etsinlər”.