Çempionlar Liqasının finalı ilə bağlı qərar verildi
Bu gün UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, Avropanın ali futbol qurumu mayın 28-də Sankt-Peterburqda oynanılacaq Çempionlar Liqası finalının köçürülməsinə qərar verib.
UEFA Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb.
Bu addım Ukraynadakı gərgin vəziyyətlə bağlı atılıb.