azia.az
azia.az

Türkiyə Superliqası: Liderin təqibçisi uduzdu

23-02-2022, 08:40


Türkiyə Superliqası: Liderin təqibçisi uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Türkiyə Superliqası: Liderin təqibçisi uduzdu
Xəbər verilir ki, “Başakşehir” öz meydanında “Konyaspor”la üz-üzə gəlib.

Cari mövsümdə uğurlu çıxışları ilə diqqət mərkəzində olan komandaların oyununda 3 qol qeydə alınıb. Lider “Trabzonspor”un əsas izləyicisi olan “Konyaspor” üçüncü pillədəki İstanbul təmsilçisi ilə görüşdən məğlub ayrılıb.

Bu nəticədən sonra “Konyaspor” 49 xalla ikinci pillədəki mövqeyində qalıb. “Başakşəhər” isə 46 xalla üçüncüdür.

Türkiyə Super Liqası
21-ci turun oyunu
22 fevral

Başakşəhər – Konyaspor 2:1
Qollar: Gulbrandsen, 49. Çağıran, 62-öz qapısına – Byutyuqi, 37.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi