azia.az
azia.az

Bakıdakı qarşılaşmanı 30-40 min azarkeş dəstəkləyəcək - Baş məşqçi

16-02-2022, 08:15


"Düşünürəm ki, "Qarabağ"ı Fransa "Marsel"inə qarşı ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək".
Bakıdakı qarşılaşmanı 30-40 min azarkeş dəstəkləyəcək - Baş məşqçi
Azia.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis Ağdam klubunun 6 futbolçusunun yığmada əsas heyət üzvləri olduğunu bildirib: "Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdir. Uzun illərdir ölkə çempionatının zirvəsindədirlər. "Qarabağ" yerli oyunçulara sərmayə qoyan klubdur".

Milli komandadan da söz açan 66 yaşlı baş məşqçi işi ilə əlaqədar Bakıda qalmalı olduğunu söyləyib: "Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq görüşü keçirmək imkanımız olacaq".

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi