azia.az
azia.az

Kamilə Vəliyevada dopinq aşkarlandı

11-02-2022, 14:34

Kamilə Vəliyevada dopinq aşkarlandıKamilə Vəliyevada dopinq aşkarlandı
Pekində keçirilən Qış Olimpiya Oyunlarında Rusiya Olimpiya Komitəsinin (ROK) adından yarışan fiqurlu konkisürmə üzrə idmançı Kamilə Vəliyevanın oyunlardan əvvəl dopinq qəbul etdiyi məlum olub.

Fanat.Az xəbər verir ki, Beynəlxalq Test Agentliyinin (ITA) verdiyi açıqlamada 15 yaşlı idmançının Sankt-Peterburqda keçirilən fiqurlu konkisürmə üzrə Rusiya çempionatı zamanı götürülən nümunədə dopinq aşkarlandığı bildirilib.

Açıqlamada bildirilib ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İsveçdəki laboratoriyasında aparılan sınaqda qadağan olunmuş maddələr mübadiləsi tənzimləyicisi olan "trimetazidin" aşkar edilib.

Rusiya Antidopinq Agentliyinin (RUSADA) test nəticəsinin açıqlanmasından sonra Vəliyevanı müvəqqəti olaraq idmandan uzaqlaşdırdığına diqqət çəkən açıqlamada idmançının 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcəyi qeyd edilib.

Ancaq Kamilə Vəliyeva RUSADA-nın qərarına qarşı İntizam Komitəsinə müraciət edib və komitənin qərarı ləğv olunub. Xanım idmançı İTA, və İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz edəcəyini bildirilib. Yekun qərarın fevralın 15-də açıqlanacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi