Azərbaycan futbolunda dopinq aşkarlandı
Azərbaycan futbolunda antidopinq qayda pozuntusu aşkarlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, il ərzində 19 pozuntunun qeydə alındığı 11 idman növündən biri də futboldur.
Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib. Direktor daha sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyini söyləyib.