azia.az
azia.az

Canlı əfsanə 48 yaşında futbola döndü - 11 manat alacaq

1-02-2022, 12:56

Canlı əfsanə 48 yaşında futbola döndü - 11 manat alacaq
Dünya futbolunun canlı əfsanələrindən olan Roberto Karlos yenidən futbol oynayacaq.

Fanat.az xəbər verir ki, Braziliya millisinin sabiq müdafiəçisi karyerasını bitirdikdən 7 il sonra yenidən yaşıl meydanlara dönür. 48 yaşlı veteran futbolçu İngilttərənin həvəskar liqalarından sayılan "Shrewsbury & District Sunday" Futbol Liqasında çıxış edəcək. Karlos həmin çempionatda çıxış edən Şrevsbari təmsilçisi "Red Barn United"lə anlaşıb.

Maraqlıdır ki, 2015-ci ildə butslarını mıxdan asan məşhur futbolçu "eBay Dream Transfer" vasitəsilə 5 funt-sterlinq (təxminən 1.4 manat) qarşılığında bu komandanın formasını geyinəcək. "Real"ın səfiri "Shrewsbury & District Sunday" liqasında əvəzedici kimi meydana daxil olacaq.

Klubun katibi Metyu Braun BBC Sport-a açıqlamasında Karlosun transferini belə izah etdi: "Siz komandanıza peşəkar futbolçu gətirmək üçün lotereyada iştirak edirsiniz və buna görə 5 funt sterlinq ödəyirsiniz. Uşaqlardan biri qrup söhbəti zamanı "gəlin bir şans verək" dedi və lotoreyada qələbə qazandıq. Cümə günü günortadan sonra menecerimiz Ed Speller müsabiqədə qalib gəldiyimizi bildirən mesaj göndərdi. Heç birimiz ona inanmadıq və zarafat etdiyini düşündük. Gecə bayıra çıxdım və insanlardan "Roberto Karlos haqqında doğrudurmu?” sözləri yazılan mesajlar aldım. Həmin anda mən "Bu ola bilməz", "Bu, sadəcə, bir yuxudur" deyə düşünürdüm".

Bütün zamanların ən məşhur futbolçusu 1996-cı ildə "İnter"ə transfer olunduqdan sonra müafiəçi kimi çıxış etməyə başladı. Sol cinah müdafiəçisi, karyerası boyunca 128 qolla həmin mövqedən əsas qol təhlükəsinə çevrildi. Karlos xüsusən də uzaq məsafələrdən güclü zərbələri ilə məşhurlaşmışdı.

Karyerasının 10 ilini keçirdiyi "Real"da 527 rəsmi matça çıxan futbolçu, 69 qola imza atıb. Karlos klubu ilə 13 titul qazanıb. Bunlardan dördündə La Liqa çempionluğu yaşayıbsa, üçündə isə Çempionlar Liqasının qalibi olub.

O, karyerası ərzində "Fənərbağça”, "Korintians”, "Anji" və "Dehli Dinamos”da da forma geyinib. 2015-ci ildə 42 yaşında peşəkar karyerasını başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi