Şəhriyar Məmmədyarov dünyanın ikinci ən güclü şahmatçısı oldu
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib.
BakuPost.az-ın xəbərinə görə, o, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub.
Bu gün Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov xallarının sayını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799). qabaqlayıb
Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.
Qeyd edək ki, bundan əvvəl heç bir azərbaycanlı şahmatçı FİDE reytinqində belə yüksək pilləyə qalxmamışdı.