azia.az
azia.az

"Qarabağ"a pul ayrıldı - UEFA-dan

24-01-2022, 22:43

"Qarabağ"a pul ayrıldı - UEFA-dan
UEFA "Qarabağ" klubuna vəsait ayırıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə Ağdam təmsilçisi UEFA tərəfindən 666 min avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325 min avro və əlavə bonus olaraq 187 min 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə,UEFA tərəfindən “Qarabağ” FK-ya ayrılmış 1 milyon 178 min 200 avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi