azia.az
azia.az

SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" UEFA tarixinin ən gəlirli turniridir

11-06-2016, 08:35

SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" UEFA tarixinin ən gəlirli turniridir Fransada keçirilən futbol üzrə Avropa çempionatı ("Avro-2016") UEFA tərəfindən keçirilən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

Qeyd edək ki, çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi