"Milan"ın 3 futbolçusu koronavirusa yoluxub
İtaliyanın "Milan" klubunun 3 futbolçusu koronavirusa yoluxub.![]()
"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Fikayo Tomori, Alessio Romanyoli və Davide Kalabriyanın testi pozitiv çıxıb.
Hər üç oyunçu karantinə alınıb.
Qeyd edək ki, "Milan" yanvarın 6-da A Seriyasının XX turunda "Roma"ı qəbul edəcək.