Futbolçu oyun zamanı öldü
Əlcəzairli futbolçu Sofn Lukar ölkə çempionatının ikinci divizionunda keçirilən oyun zamanı keçirdiyi infarktdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.![]()
“Azia.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPRO) mətbuat xidməti məlumat yayıb.
“Oran” - “Saida” matçının birinci hissəsinin ortalarında 28 yaşlı Lukar komandasının qapıçısı (Saida - Red) ilə toqquşub. Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.
On dəqiqə sonra futbolçu infarkt keçirərək qazona yıxılıb. Lukar xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.