azia.az
azia.az

"Qarabağ"dan "Portu"yadək - İspaniya mətbuatı "Atletiko"nun uğursuzluğunu yada saldı

7-12-2021, 08:30

İspaniya mətbuatı "Atletiko" (Madrid) klubunun Portuqaliyada "Portu"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin sonuncu - VI tur matçı öncəsi maraqlı məqalə hazırlayıb.
"Qarabağ"dan "Portu"yadək - İspaniya mətbuatı "Atletiko"nun uğursuzluğunu yada saldı
Azia.az "Report"a istinadən xəbər verir ki, "Elespanol" nəşrinin dərc etdiyi "Qarabağ"dan "Portu"yadək: Simeone və "Atletiko"nun Çempionlar Liqasındakı uğursuzluq qorxusu" başlıqlı yazıda Ağdam təmsilçisinin ÇL-in 2017/2018 mövsümündə madridliləri qrupda saxlaması xatırlanıb.

Bildirilib ki, paytaxt klubu həmin fiaskodan sonra özünə gələ bilmir: "Simeonenin "Atletiko"nun sükanı arxasında diqqətçəkən antirekordlardan "Qarabağ"a qalib gələ bilməməsidir. 2017-ci ilin oktyabr ayı idi və turnirdə iki dəfə final oynamış "Atletiko" favorit hesab olunurdu. Lakin Madrid təmsilçisi İtaliya "Roma"sı və İngiltərənin "Çelsi"si klubunun da yer aldığı qrupda yalnız bir matçda qalib gələ bildi. Bakı səfəri zamanı komanda rəqibin müdafiəsini yara, qolsuz heç-heçəyə mane ola bilmədi. "Vanda Metropolitana" stadionundakı qarşılaşma isə daha alçaldıcı idi. İlk hissədə Miçelin başla qoluna Tomas Parti cavab verdi. Əvvəlcə qonaqlar, ardınca isə meydan sahibləri azlıqda qaldılar. O vaxtdan "Atletiko"nun avrokuboklarındakı çıxışında mənfi dinamika müşahidə olunur".

Qeyd edək ki, dekabrın 7-də keçiriləcək "Portu" - "Atletiko" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Lissabon təmsilçisi 5 xalla 2-ci, La Liqa klubu isə 4 xalla sonuncudur. Qonaqlar 1/8 finala adlamaq üçün mütləq qələbə qazanmalı, həmçinin İtaliyada "Milan" və İngiltərə "Liverpul"u arasında oynanılacaq qrupun digər matçının nəticəsini gözləməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi