Top dirəyə dəyincə, Mahir çılğına döndü - VİDEO
Azərbaycan yığmasının üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasında növbəti oyununa çıxıb
Azia.az Offsideplus.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi 13-cü turda doğma meydanda "Poqon"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Bu, komandanın ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyəti olub.
Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 61-ci dəqiqədə əvəzlənib. Futbolçu ilk hissədə qola yaxın olsa da, top qapı dirəyinə dəyib.
Qeyd edək ki, "Legiya" 9 xalla 16-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var.