Mahir Emreli "ən yaxşı" seçildi
![]()
Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Krakov "Visla"sına qarşı keçirdikləri VI tur matçında komandasının ən yaxşısı seçilib.
Azia.az xəbər verir ki, "Legia.net" nəşri Varşava təmsilçisinin oyunçularını 1 - 10 arasında qiymətləndirib. Azarkeşlər arasındakı səsvermə nəticəsində 5.83 göstərici ilə Emreli komanda yoldaşlarını qabaqlayıb.
Qeyd edək ki, "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə bitən qarşılaşmada Mahir ikinci hissənin əvvəlində meydana daxil olub. Onun vurduğu qol qeydə alınmayıb.