Messi məşqələrə bu səbəbdən QATILMAYIB
PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandanın hücumçusu Lionel Messinin ölkə çempionatı çərçivəsində keçiriləcək “Lill”lə qarşılaşma öncəsi məşqə qatılmamasının səbəbini açıqlayıb.
Xəbər veriıir ki, o, futbolçunun zədəli olduğunu bildirib.
Çalışdırıcının sözlərinə görə, əzələ zədəsi olan Messi komandadan ayrı, fərdi şəkildə məşq edib. Hücumçunun oktyabrın 29-da keçiriləcək oyunda iştirakı sual altındadır.