Türkiyə millisi son dəqiqələrdə qələbə qazandı – DİGƏR NƏTİCƏLƏR - VİDEO
Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start verilib.
Xəbər verilir ki, turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.
G qrupunda Türkiyə millisi səfərdə Latviya yığmasının qonağı olub. Oyunda hesabı Latviya yığması açıb. Oyunun 70-ci dəqiqəsində Merih Demiral avtoqola imza atıb. Altı dəqiqə sonra isə Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. Beş xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib (6:0), 2-ci yerdə gedən Norveç isə Monteneqroya minimal hesabla qalib gəlib - 1:0.
J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn (4:0) Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması (1:0) səbəb olub. İslandiya isə Lixtenşteyn seçməsini darmadağın edib - 4:0.
Gün ərzində keçiriləcək görüşlərlərdə aşağıdakı hesablar qeydə alınıb:
E qrupu
Belarus – Çexiya - 0:2;
Estoniya – Uels - 0:1.
Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).
G qrupu
Latviya - Türkiyə - 1:2
Niderland - Cəbəllütariq - 6:0;
Norveç – Monteneqro - 2:0.
Qrupdakı vəziyyət: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 6, Cəbəllütariq - 0.
H qrupu
Kipr – Malta - 2:2;
Sloveniya – Rusiya - 1:2;
Xorvatiya – Slovakiya - 2:2.
Qrupdakı vəziyyət: Rusiya - 19, Xorvatiya - 17, Sloveniya - 10, Slovakiya - 10, Malta - 5, Kipr - 5.
J qrupu
Şimali Makedoniya – Almaniya - 0:4;
Rumıniya - Ermənistan - 1:0;
İslandiya – Lixtenşteyn - 4:0.
Qrupdakı vəziyyət: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1.
Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə UEFA Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.Bizim.Media