Azərbaycanlı hücumçu yeni klubuna qələbə qazandırdı
Rusiya Milli Futbol Liqasında 14-cü turun oyunları keçirilib.
Xəbər verilir ki, Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Azərbaycanlı hücumçunu “Ximki”dən bu mövsümün sonunadək icarəyə götürən "qırmızı-göylər" öz meydanında “Volqar-Astraxan”ı 1:0 hesabıyla yenib.
Start "11-lik"də yer alan Kamran sonadək oynayıb. 22 yaşlı futbolçu matçın 69-cu dəqiqəsində komandasına qələbə gətirən qola imza atıb. Bu, Əliyevin “SKA-Xabarovsk”dakı ilk qoludur. O, qol vurduqdan cəmi bir dəqiqə sonra sarı vərəqə alıb.
14 tura 27 xal toplayan Xabarovsk klubu turnir cədvəlində 20 iştirakçı arasında 4-cü pillədədir.Fanat.Az