Azərbaycanlı döyüşçü Nurməhəmmədovun qohumunu NOKAUTA SALDI - VİDEO
Azərbaycanlı döyüşçü Nurməhəmmədovun qohumunu NOKAUTA SALDI - VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirib.
"Report"un məlumatına görə, 27 yaşlı idmançı yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb. Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb. O, ilk raunddaca rəqibinə nokautla qalib gəlib. Tərəflər döyüşə kəşfiyyatla başlasalar da, ilk raundun sonuna doğru Abbasov Zavurova bir neçə güclü zərbə endirib. Zərbələrdən sarsılan "Dağıstan Şiri" geri çəkilib, "Çingizxan" isə bundan ruhlanaraq, istəyinə daha erkən çatmağa can atıb. Raundun sonluğunda o, rəqibini təslim olmağa məcbur edib. Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib. Qeyd edək ki, Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə artıq 12 döyüşdür uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Azərbaycanlı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.