azia.az
azia.az

Azərbaycanlı idmançı döyüşdən əvvəl ona yumruq atmış rəqibini rüsvayçı şəkildə məğlub etdi - FOTO

13-03-2021, 13:43


Bəhreynin paytaxtı Manamada “Brave CF 47: Asian Domination” MMA yarışı keçirilib.
Bu yarışda iki azərbaycanlı MMA döyüşçüsü iştirak edib. Bunlar Aqşin Babayev və onun tələbəsi Əli Quliyevdir.
Azərbaycanlı idmançı döyüşdən əvvəl ona yumruq atmış rəqibini rüsvayçı şəkildə məğlub etdi - FOTO
“Qara Canavar” ləqəbli Ə.Quliyev yaxşı çıxış edib. O özü kimi məğlubedilməz olan hindistanlı Rana Rudra Pratap Sinqlə qarşılaşıb. Döyüşdən əvvəl təşkilatçılara verdiyi müsahibəsində “rəqibimi tanımıram”, “amma birinci raundda onun nəfəsini kəsəcəyəm” demiş Ə.Quliyev sözünə əməl edib.


Əli Quliyev “face-to-face” zamanı ona yumruq atmış rəqibini rüsvayçı şəkildə məğlub edib. Asiyalı döyüşçü birinci raundun 1:34-cü dəqiqəsində Əlinin diz zərbəsi və yumruqları qarşısında tab gətirməyib və yerdə sürünməyə başlayıb. İdmançımız rəqibini ayağa qalxmağa çağırsa da, hindistanlı döyüşçü ayağa qalxmaqdan imtina edib.


Hakim isə döyüşü dayandıraraq qələbəni idmançımıza verib. Bu, Rana Rudranın karyerasında ilk məğlubiyyəti olub. Əli isə ardıcıl olaraq altıncı qələbəsini qazanıb və məğlubedilməzliyini davam etdirib.


Tələbəsindən fərqli olaraq, onun müəllimi Aqşin Babayev isə Əfqanıstan döyüşçüsü Əbdül Əzim Badaxşi ilə görüşdə məğlub olub. O, birinci raundda nokauta düşüb. Bu onun karyerasında yeddinci məğlubiyyəti olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi