azia.az
azia.az

Millimizin üzvü "Şuşa" komandası yaratdı: Çempionata qoşulacaq

10-09-2021, 11:34

Millimizin üzvü "Şuşa" komandası yaratdı: Çempionata qoşulacaq
Futzal üzrə birinci liqada iştirak edəcək komandalardan birinin adı "Şuşa" olacaq.

Azia.az Fanat.Az-a istinadən xəbər verir ki, yeni yaradılan "Şuşa" MFK artıq qeydiyyatdan keçib və çempionata hazırlaşır.

Gözəl Şuşamızın adını daşıyan komandanın yaradıcısı Azərbaycan millisinin üzvü Fərid Atakişiyevdir.

Karyerasını Yüksək Liqada davam etdirən Fəridlə əlaqə saxlayıb "Şuşa"nın hazırlığı, hədəfi, heyət seçimi barədə planlarını öyrəndik:

"Şuşa" adlı komanda yaratmaq öz təşəbbüsümdür. Məqsəd Qarabağın gözü olan bu şəhərin adını yaşatmaq, futzal aləmində, gələcəkdə ölkədən kənarda da layiqincə təmsil etməkdir.

Baş məşqçimiz C katigoriyali mütəxəssis Ramil Huseynovdur. Tanınmış futzalçılardan Taleh Ağayevlə "Araz"ın qapıçısı Kamran Hacıyevi heyətə cəlb etmişik. Onların təcrübəsinə böyük ümid bəsləyirik. Yanlarına gəncləri yığmışıq. İnanırıq ki, təcrübəlilərlə gənclərin sintezindən yaxşı komanda formalaşdıra biləcəyik. Heyətimizdə ikinci Qarabağ müharibə iştirakçısı Eşqin Tağıyev də var.

Məşqlər "Marafon" idman klubunda keçirilir. Birinci liqada çıxış edəcəyik. Artıq Futzal Federasiyasında qeydiyyatdan keçmişik, adımız iştirakçılar sırasındadı. Hədəf klub kimi formalaşmaq, ayaq üstə qala bilmək, imkan daxilində yüksək yerlərdən birini tutmaq və növbəti mövsüm Yüksək Liqada iştirak etməkdir.

Maddi durum? Ən yaralı mövzudur. Az da olsa, dəstək var, amma tam ayaq üstə durmaq üçün əlavə dəstəyə ehtiyac var. İnanırıq ki, bizə kömək etmək istəyən şəxslər, vətənpərvər iş adamlarımız tapılacaq və böyüməyimizdə iştirak edəcəklər".

Qeyd edək ki, futzal üzrə birinci liqa oktyabrda start götürəcək.

Millimizin üzvü "Şuşa" komandası yaratdı: Çempionata qoşulacaq
Millimizin üzvü "Şuşa" komandası yaratdı: Çempionata qoşulacaq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi