Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - VİDEO
ABŞ-ın Sent Luis şəhərində "Fişer şahmatı" (şahmat-960) üzrə "Champions Showdown" adlanan turnir keçirilir.
Azia.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparır.
36 yaşlı qrossmeysterimiz Harri Kasparov (Rusiya) ilə üz-üzə gəlib və görüşdən qalib ayrılıb.