azia.az
azia.az

Münəccimin proqnozu: Türkiyə Monteneqroya qarşı

1-09-2021, 19:28

Münəccimin proqnozu: Türkiyə Monteneqroya qarşı
Bu gün DÇ-2022-nin seçmə mərhələsinin oyunları keçiriləcək.

G qrupunun lideri Türkiyə millisi Bakı vaxtı ilə 22:45-də Monteneqro yiğmasını qəbul edəcək.

"Münəccim"in sözügedən oyuna proqnozunu təqdim edir:

G qrupunun lideri Türkiyə millisi bakı vaxtı ilə 22:45-də Monteneqro yiğmasını qəbul edəcək.

Türkiyə

Türklər Avropa çempionatında uğursuzluğa düçar oldular. Bu isə azarkeşlər üçün müəyyən qədər sürpriz və böyük bir məyusluq kimi yadda qaldı.

Türkiyə milli komandası belə bir uğursuzluqdan sonra hər halda nəticə çıxarıb və bu dəhşəti tez bir zamanda unutdurmaq üçün dəridən qabığdan çıxmağa hazırdır.

Burak Yılmaz və komadasının DÇ-2022-yə qədər reabilitasiya olunması üçün kifayət qədər vaxtı və əla şansı var. Komanda 7 xalla G qrupunun lideridir. Bu tendensiyanı davam etdirmək üçün Şenol Günəşin yetirmələri xüsusi olaraq hazırlaşıblar.

Monteneqro

Yığma komanda Avropa çempionatında iştirak edə bilməsə də, Dünya Kubokuna vəsiqə qazanmaq üçün yaxşı hazırlıq keçib. Latviya (2:1) və Cəbəllütariqə (4:1) qalib gəlməyi bacaran komanda ardıcıl iki qələbə ilə seçmə mərhələyə yaxşı start verib. Norveç millisinə qarşı isə həmin oyunu göstərə bilməyən Monteneqro millisi minimal hesabla məğlub oldu.

Komandalar arasında son görüş 2018-ci ildə olub. Yoldaşlıq görüşü keçirən yğmalar bu oyundan bərabərliklə ayrılıblar (2:2)

Proqnoz

Qrup lideri olaraq Türkiyə millisi görüşün favoritidir. Amma AVRO 2020-dən sonra komandanın hazırki durumu sual altındadır.

Miodraq Raduloviçin (Miodrag Radulovic) komandası rəqibdən cəmi bir xal geridədir. Münəccim hesab edir ki, komanda bu gün xarakter nümayiş etdirməyə cəhd göstərəcək.

Qol vuracağı təqdirdə qonaqların praqmatik oyuna üstünlük verəcəkləri gözlənilir. Çünki İstanbuldan bir xalla geri dönmək asan bir iş deyil.

Monteneqro millisinin ən azı bir qol vuracağını proqnozlaşdırırıq. Belə bir variant xarici kontorlar tərəfindən 2,05 əmsalla qiymətləndirilir.

İkinci proqnoz isə sadədir - ev sahibi Türkiyə millisinin qələbəsi. Əmsal - 1,60.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi