Tokio 2020: Azərbaycan onuncu "qızıl"ını qazandı
Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarında onuncu qızıl medalını qazanıb.
Azia.az xəbər verir ki, üzgüçümüz Raman Saley 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 52,69 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub.
Bu, Saleyin Paralimpiadada 2-ci "qızıl"ı olub. 27 yaşlı idmançımız avqustun 27-də 100 metr məsafəyə arxasıüstmə üzmədə də birinci yeri tutmuşdu.