azia.az
azia.az

"Yuventus" Ronaldonu dünya ulduzu ilə əvəzləyir

28-08-2021, 20:04

"Yuventus" Ronaldonu dünya ulduzu ilə əvəzləyir
Kriştiano Ronaldonu "əldən buraxan" "Yuventus" portuqaliyalı ulduzun yerini doldurmağa çalışır.

Azia.az xəbər verir ki, Turin təmsilçisi bu dəfə də "Real"ın "qapısını döyüb". "Kral klubu"na ən yaxın mənbə olaraq bilinən "Marca" nəşrinin yaydığı məlumata görə, "Yuventus" Eden Hazardı transfer etmək niyyətindədir. 30 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi üçün hazırda tərəflər arasında danışıqlar aparılır.

"Real" isə Edeni satıb əldə olunan gəlirlə PSJ-dən Kilian Mbappeni gətirmək niyyətindədir.

Qeyd edək ki, Hazard 2019-cu ildə "Çelsi"dən "Real"a transfer edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi