azia.az
azia.az

"Ronaldonu ehtiyat oyunçular skamyasına qoyun!" - Azarkeşlərdən etiraz

26-04-2021, 13:37

"Yuventus" azarkeşləri A seriyasının 33-cü turunda "Fiorentina" ilə ötən gün keçirilən matçda (1:1) Kriştiano Ronaldonun oyunundan narazı qalıblar.
"Ronaldonu ehtiyat oyunçular skamyasına qoyun!" - Azarkeşlərdən etiraz
Azia.az xəbər verir ki, son üç görüşdə rəqib qapılarına yol tapa bilməyən portuqaliyalı hücumçu "Fiorentina" ilə qarşılaşmada real qol epizodunu dəyərləndirə bilməyib.

Bu isə Turin klubunun fanatlarının hiddətinə səbəb olub. Onlar sosial şəbəkələrdə buna etiraz edərək Ronaldonun ehtiyat oyunçular skamyasında oturmasını tələb ediblər.

Qeyd edək ki, 36 yaşlı futbolçu A seriyasında son dəfə aprelin 7-də qol vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi