azia.az
azia.az

"Qalatasaray"da gözlənilməz qərar - 4 ulduz futbolçu gedir

26-08-2021, 18:54

"Qalatasaray"da gözlənilməz qərar - 4 ulduz futbolçu gedir
Olimpiu Morutanla müqavilə bağlayan "Qalatasaray" 4 legioneri ilə yollarını ayırır.

Azia.az "Ajansspor"a istinadən xəbər verir ki, Markao, Radamel Falkao, Rayan Babel və Məstafa Məhəmməd komandanı tərk etməyə hazırlaşır.

Yola salınacaq ilk futbolçu Falkao olacaq. Kolumbiyalının yüksək maaşından qurtulmağa çalışan "Qalatasaray" artıq onunla anlaşmaq üzrədir. Ulduz futbolçunun ABŞ-ın "İnter Mayami" klubuna keçidi gözlənilir.

Sofiane Fequli və Mbaye Diagneni heyətdə saxlayan "Cim-Bom" Rayan Babelə istədiyi kluba keçə biləcəyini deyib. Mustafa Məhəmmədin isə "Marsel"ə satılması gözlənilir.

Bu 3 futbolçudan fərqli olaraq Markaonun komandada qalmaq ehtimalı yüksəkdir. Kerem Aktürkoğluna oyun zamanı kəllə atan və 8 oyunluq cəza alan futbolçu üçün istənilən məbləğ təklif olunsa, satılacaq. Əks halda komandada saxlanılacaq. Markaonu hazırda "Napoli" istəyr.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi