azia.az
azia.az

“Aberdin”lə oyun öncəsi "Qarabağ"da ciddi itkilər

25-08-2021, 14:19

“Aberdin”lə oyun öncəsi "Qarabağ"da ciddi itkilər
“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq.
Azia.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam klubunun heyətində Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədəlidir. Patrik Andrade isə vərəqə cəzalısı olduğundan Şotlandiyadakı görüşü buraxmalı olacaq.
Kevin Medinanın da “Aberdin”ə qarşı cavab oyununda meydana çıxıb-çıxmayacağı sual altındadır.
Xatırladaq ki, “Aberdin” – “Qarabağ” (ilk oyun: 0:1) arasında cavab matçı avqustun 26-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi