azia.az
azia.az

"Qarabağ"ın rəqibində Bakı səfəri öncəsi COVİD-19 aşkarlandı

9-08-2021, 22:52

"Qarabağ"ın rəqibində Bakı səfəri öncəsi COVİD-19 aşkarlandı
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq Kiprin AEL komandası Bakı səfəri öncəsi koronavirus testi verib.

Azia.az "Report"a istinadən xəbər verir ki, futbolçulardan birinin analiz nəticəsi müsbət çıxıb. İnfeksiya aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi