"Fənərbağça"nın prezidenti atası haqqında elə söz dedi ki...
"Fənərbağça"nın prezidenti Ali Koç Baxçaşəhər Kolleci ilə "Fənərbağça Beko" arasında əməkdaşlıq müqaviləsinin imzalanması zamanı zarafat etmək istəyərkən uzun illər unudulmayacaq bir cümlə işlədib.
Azia.az xəbər verir ki, Ali Koç "Baxçaşəhər" klubunun prezidenti Hüseyn Yücelin "Beşiktaş" azarkeşi olduğunu bildirərək bunları deyib:
"Sizə bir kitab hədiyyə etmək istəyirik. Bu kitab tariximizi anladan kitabdır. Sizin böyük bir "Beşiktaş"lı olduğunuzu bilirəm. Hamımızın bir qüsuru var. Mənim atam da "Beşiktaş"lıdır". Fanat.az