Futbol matçı zamanı məşqçi hakimi döyüb
Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb. "Olimpiya"nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra hakimə etirazlarını bildirib.
Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.
Qeyd edək ki, matç "Volçansk"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
https://twitter.com/i/status/1428034869435768841