azia.az
azia.az

Fransa Liqa 1 Messi üçün bu qaydanı dəyişməyə hazırdır

10-08-2021, 18:33

Fransa Liqa 1 Messi üçün bu qaydanı dəyişməyə hazırdır
"Barselona"dan ayrılan Lionel Messinin "PSJ"-yə keçəcəyi gözlənilir.

Azia.az "Marca"ya istinadən xəbər verir ki, Neymar "10" nömrəli formasını təklif etsə də, 34 yaşlı hücumçu razılaşmayıb. Argentinalı ulduzun seçəcəyi nömrələr arasında "19" var.

PSJ-nin "30" nömrəni Messiyə təklif etdiyi, onun da bu nömrə altında oynamaq istədiyi bildirilir. Fransa Liqa 1-də bu nömrə yalnız qolkiperlərin istifadəsi üçün açıq olsa da, qurum ulduz futbolçu üçün istisna etməyə hazırdır.

Qeyd edək ki, peşəkar karyerasına "30" nömrə ilə start verən Leo, 2006-cı ildə "19", 2008-ci ildə isə Ronaldinyonun gedişindən sonra ikonik "10" nömrəni kürəyində daşıyıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi