azia.az
azia.az

Hacı Əliyev: “Məncə, son saniyələrdə hakimlərin verdiyi qərar düzgün idi”

7-08-2021, 21:19

Hacı Əliyev: “Məncə, son saniyələrdə hakimlərin verdiyi qərar düzgün idi”
“Final üçün hər şeyi düz qurmuşdum. Rəqib fiziki cəhətdən çox zəif idi, bunu hiss edirdim. Ancaq son saniyələrdə ayağıma girməsi həlledici oldu. Halbuki daha əvvəl həmin ayağıma girməsinə imkan verməmişdim”.

Azia.az xəbər verir ki, bunu Rio Olimpiadasında bürünc, Tokio Olimpiadasında gümüş medal qazanan sərbəst güləşçi Hacı Əliyev deyib.

O, yaponiyalı Takuto Otoquroya finalda 4:5 hesabı ilə uduzmasından danışıb:

“Mənə elə gəlir ki, rəqib heç nədən zədəni əsas gətirib görüşü saxlayırdı. Bir də güləşə zidd hərəkətlər çox edirdi, kəllə atırdı, cırmaqlayırdı. Məncə, bu Olimpiya medalı üçün əlimdən gələn hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Deməli, qismətimizdə gümüş medal qazanmaq varmış”.

O daha sonra son saniyələrdə hakimlərin ona qarşı ədalətsiz olmadığını vurğulayıb:

“İstəmərəm ki, ədalətsiz danışım. Məncə, son saniyələrdə hakimlərin verdiyi qərar düzgün idi. Ancaq rəqib sona yaxın qaçırdı, güləşmirdi. Mən də yenə qələbə üçün əlimdən gələni etdim və bir xal fərqi ilə uduzdum. Güləşdə olan missiyamı yerinə yetirdim. Bəlkə də bu, mənim son Olimpiya yarışımdır. Heyfsilənmirəm. Məndən fərqli olaraq, medal qazanmayan idmançılarımız da var. Buna da şükür olsun”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi